AZ

Hindistan dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yüksək iqtisadi artım templəri nümayiş etdirən Hindistan, əvvəllər düşünüldüyü kimi 2048-ci ilə deyil, artıq 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilə bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Hindistan Ehtiyatlar Bankının rəhbərinin müavini Maykl Debabrata Patra jurnalistlərə bildirib ki, respublikanın 2060-cı ilə qədər ən böyük iqtisadiyyata çevrilmək imkanı da var.
"Hindistanın özünəməxsus güclü tərəflərini nəzərə alsaq, ölkənin 2048-ci ilə deyil, artıq 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcəyini və 2060-cı ilə qədər dünyanın ən böyük iqtisadiyyatı olacağını demək olar", - Patra bəyan edib.
O, bildirib ki, ölkə 2030-cu ilə qədər mal və xidmətlərin ixracını hazırkı 768 milyard dollardan 1 trilyon dollara çatdırmaq üçün səyləri artırmalıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
18
oxu.az

10Mənbələr