AZ

Yol polisi tanınmış vəkil barəsində məhkəmənin ləğv etdiyi protokolu yenidən bərpa edib - FOTO (YENİLƏNİB)

Tanınmış vəkil Gündüz İsmayılov yol polisi tərəfindən barəsində protokol tərtib olunmasına münasibət bildirib.

O, Avtosfer.az-a açıqlamasında deyib ki, sözügedən protokol cari ilin fevralın 6-da tərtib olunub.

Vəkil həmin protokolun məhkəmə tərəfindən ləğv olunduğunu və araşdırılmasının geri qaytarıldığını söyləyib:

"Burada problem ondadır ki, yol polisi məhkəmə tərəfindən ləğv olunmuş qərarı yenidən bərpa edib. Bu da əsassızdır. Çünki yol polisi məhkəmənin icraatında olan işə yenidən özü baxıb və ləğv olunmuş qərarı yenidən bərpa edib. Mən də yol polisinin əsassız olaraq bərpa etdiyi qərardan məhkəməyə təkrar şikayət etmişəm".

---

Bakıda yol polisi tanınmış vəkil Gündüz Pəhlivan oğlu İsmayılovu cərimələyib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, buna səbəb vəkilin yol hərəkəti qaydalarını pozması olub.

Belə ki, polis vəkil barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Həmin protokolda deyilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir.

Qərardan narazı olan vəkil isə Nərimanov Rayon Məhkəməsinə şikayət edib.

Onun iddiası hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
avtosfer.az

2Mənbələr