AZ

Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyası (MSK) daha bir neçə partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək səlahiyyətli nümayəndələrini qeydə alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə məsələ MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
 
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq, Ədalət Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə əlaqədar qərar verilib.
 
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
 
Beləliklə, ümumilikdə MSK 16 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
25
moderator.az

10Mənbələr