AZ

Orban "Rusiya-Ukrayna sülhü" üçün Trampı ziyarət etdi

Macarıstanın baş naziri Orban Trampla “Rusiya və Ukrayna sülh missiyası”nın 5-ci görüşünü keçirib.

Turkustan.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampla ölkəsinin Avropa Birliyinə (Aİ) müddətli sədrlik etməsindən sonra “sülh missiyası” adlandırdığı danışıqlar çərçivəsində görüşüb.

NATO Sammiti üçün ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdə olan Orban sosial media hesabındakı X hesabında Trampla görüşünü “sülh missiyası 5.0” olaraq xarakterizə edib. Ukraynada təxminən 2,5 ildir davam edən müharibənin sona çatması üçün "sülh missiyası" adlı danışıqlarını davam etdirən Orban, Trampla görüşündən məmnunluğunu ifadə edərək, "Sülhə nail olmağın yollarını müzakirə etdik.

Orban Trampla görüşü ilə bağlı video paylaşıb və Trampın prezidentliyi dövründə sülh tərəfdarı olduğunu göstərdiyini və bunu bir daha edəcəyini vurğulayıb.

Macarıstan Aİ-yə sədrlik edəndən sonra Orban ilk olaraq Ukraynaya gözlənilməz səfər etdi. Daha sonra Aİ idarəçilərinin reaksiyasına baxmayaraq, Orban Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb və üçüncü səfərini Çinə edib.

Orban bundan əvvəl Vaşinqtonda “sülh missiyası” çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüş, Türkiyə və prezident Ərdoğanı tərifləmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
13
turkustan.az

10Mənbələr