AZ

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək paketi 128 min nəfəri əhatə edib

Bakı, 12 iyul, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 105 min nəfərə ümumilikdə 118 min manat məbləğində aylıq sosial ödəniş, 23,2 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6072 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil verilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 65,6 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2173 nəfər 58,7 min reabilitasiya vasitəsi, o cümlədən 476 nəfər 572 ədəd yüksək texnologiyalı protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 22 min nəfərin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min nəfər özünüməşğulluq proqramına cəlb olunub;

Postmüharibə dövründə həmin sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 350 min xidmət göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
26
azertag.az

10Mənbələr