AZ

Kremldən Putinlə bağlı Baydenə cavab

ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə qarşı hörmətsiz ifadələri Moskva üçün qəbuledilməzdir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. 

O qeyd edib ki, belə bir bəyanat Amerika dövlətinin başçısını fərqləndirmir: "Bizim dərhal diqqət yetirdiyimiz və bizim üçün tamamilə qəbuledilməz olan budur". 

Xatırladaq ki, Bayden NATO zirvəsindən sonra təşkil edilən mətbuat konfransında Putini "dəli qatil" adlandırıb. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
48
unikal.az

10Mənbələr