AZ

BRICS gələcəkdə öz parlamentini təsis edə bilər - Putin

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, BRICS iqtisadibloku gələcəkdə öz parlamentini yarada bilər.

Trend Rusiya mediasına istinadən xəbər verir ki,Sankt-Peterburqda keçirilən X BRICS Parlament Forumundaiştirakçılara müraciət edən Putin bloka daxil olan ölkələrinmüntəzəm iclaslarının parlamentin qurulması prosesinə köməkedəcəyini bildirib.

O qeyd edib: “BRICS-in hələ ki, özünün institusional parlamentstrukturu yoxdur. Amma mən inanıram ki, bu ideya gələcəkdəreallaşacaq. Əminəm ki, sizin forumunuz buna öz töhfəsiniverəcək”.

Rusiya Prezidenti BRICS-ə üzv ölkələr arasında əlaqələrinqurulması və sosial-iqtisadi inkişaf məsələlərinin həlli, xalqlarınrifahının yaxşılaşdırılması, beynəlxalq gərginliyin azaldılması vədaha ədalətli, demokratik, çoxqütblü və çoxtərəfli dünya nizamınınformalaşdırılması səylərini yüksək qiymətləndirib. “Güclərin realbalansını və yeni geosiyasi, iqtisadi və demoqrafik reallığı əksetdirən dünya nizamının yaranması mürəkkəb prosesdir, çox vaxt daağrılıdır. Bu, ilk növbədə, “qızıl milyard” adlanan hakimelitaların sərt müqaviməti ilə bağlıdır”, -deyə o vurğulayıb.

Müstəqil mövqeyə malik olan ölkələrə artan təzyiqləri vurğulayanPutin bildirib ki, beynəlxalq hüquqa zidd olaraq, onlara qarşıməcburiyyət, birtərəfli sanksiyalar, ticarət qaydalarının seçmətətbiqi və şantajdan istifadə edilir.

Bununla yanaşı, BRICS qlobal iqtisadiyyatda müsbətdəyişiklikləri prioritet hesab edir, ticarət və investisiyalardamilli valyutaların payının artırılmasına, təhlükəsiz və etibarlımaliyyə alətlərinin və qarşılıqlı hesablaşma mexanizmlərinininkişafına diqqət yetirir.

2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çinin birlikdətəsis etdikləri BRICS 2011-ci ildə Cənubi Afrikanı, ötən ilindekabrında isə daha altı ölkəni sıralarına cəlb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
28
az.trend.az

7Mənbələr