AZ

Sneyder çirkli pulların yuyulmasında günahlandırılıb

Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder cinayət təşkilatı üçün çirkli pulların yuyulmasında iştirakda günahlandırılıb. Matc.az xəbər verir ki, o, milyonlarla avronun yuyulmasında iştirakı şübhəli olan tikinti şirkətinin səhmdarıdı. Araşdırma zamanı məlum olub ki, həmin şirkətin qadağan olunmuş maddələrin istehsalı və satışı ilə məşğul olan avstraliyalı cinayətkar qrupla əlaqələri var. Maliyyə cinayətlərinin təhqiqatına dair hesabat araşdırılıb və həmin cinayətkar qrupun fəaliyyət sxemi ətraflı təsvir edilib. Bu araşdırmada Uesli Sneyderin də adının hallandığı vurğulanır. Keçmiş futbolçu bir müddət əvvəl səhmdarı olduğu şirkətin kriminal dəstə ilə əlaqəsi barədə heç nə bilmədiyini deyib. Sneyder şirkətə yatırdığı sərmayələri geri qaytara bilmədiyini də sözlərinə əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
2
matc.az

10Mənbələr