AZ

“Bank VTB (Azərbaycan)” 2024-cü ilin ilk yarısında 5 mln. manata yaxın xalis mənfəət əldə edib

“Bank VTB (Azərbaycan)” ASC 2024-cü ilin ilk yarısında 4.72 milyon manatlıq xalis mənfəət əldə etdiyini bəyan edib.

Banker.az Bankın yarımilik maliyyə hesabatına istinadən xəbər verir ki, bu keçən ildə qeydə alınmış nəticədən 1.03 mln. manat və ya 18 faiz azdır. 2022-ci ili bank 5.75 mln. manat xalis mənfəət əldə etmişdi.

Bank hesabat müddətində faizlərdən 15.09 mln. manat gəlir əldə edərək, keçən ilin analoji dövründən daha 12 faiz güclü göstəriciyə malik olub.

“Bank VTB (Azərbaycan)”ın faiz xərcləri 3.94 mln. manat, qeyri-faiz gəlirləri 6.06 mln. manat və qeyri-faiz xərci isə 14.08 mln. manat təşkil edib.

Beləliklə, əməliyyat mənfəəti 2.23 mln. manata olub. Bank problemli kreditlərin geridönüşündəns sonra 4.72 mln. manatlıq mənfəət əldə edib.

Bankın balansındakı illərin yığılmış zərəri bir qədər də azlaraq 221.5 mln. manata düşüb.

Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 6 ayın sonuna 22 faiz artaraq 193.43 mln. manata qalxıb.  Bankın cəmi öhdəlikləri 5% artaraq 96.07 mln. manata, xalis akitvləri isə 16% artaraq 289.5 mln. manata yüksəlib.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
banker.az

10Mənbələr