Bu ilin 6 ayı ərzində keçirilən yoxlamalar nəticəsində 21 bağça müdiri işdən azad edilib.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Həmin müddətdə xəbərdarlıq, töhmət, şiddətli töhmət alan müdirlərin sayı 86 olub.
Eyni zamanda, son 6 ayda bağçalara 41 müdir təyinatı olub. Hazırda müdir vəzifəsi üçün 246 yer vakantdır.
Telegram kanalımız