AZ

"Beşiktaş" - "Qalatasaray" matçı bu tarixdə keçiriləcək

Türkiyə Superkubokunda "Qalatasaray" və "Beşiktaş" arasında final matçının keçiriləcəyi tarix və məkan bəlli olub.

Ednews xəbər verir ki, qarşılaşma avqust ayının 3-ü, İstanbuldakı “Atatürk” Olimpiya Stadionunda baş tutacaq.

Matç Bakı vaxtı ilə 21:45-də start götürəcək.

Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" Türkiyə Superliqasının qalibi, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
14
ednews.net

10Mənbələr