AZ

Oturduğu yerdə ağrı hiss etdi, xəstəxanada güllələndiyini öyrəndi: İzmirdə qeyri-adi hadisə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə qəribə hadisə baş verib. Belə ki, kafedə dostları ilə oturan kişi çiynində qəfil ağrı ilə xəstəxanaya gedib, orda isə güllələndiyini öyrənib.
Oxu.Az-ın NTV (Türkiyə) kanalına istinadla verdiyi məlumata görə, qeyri-adi hadisə İzmirdə baş verib.
Bildirilib ki, İbrahim Danışan dostları ilə söhbət əsnasında qəfildən çiynində dözülməz ağrı hiss edib, bundan sonra dostlarının köməyi ilə Selçuk Dövlət Xəstəxanasına aparılıb. Orda isə tibb işçilərindən şoka salan həqiqəti öyrənir: Həkimlər müayinə zamanı 50 yaşlı kişinin çiyninə güllə dəydiyi müəyyən ediblər.
Dərhal əməliyyat olunan kişinin çiynindən güllə çıxarılıb.
Bundan sonra polisə xəbər verilib. Hadisə ilə bağlı istintaqa başlanılıb.
Sosial şəbəkələrdə hadisənin baş verdiyi anın görüntüləri yayılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
oxu.az

10Mənbələr