AZ

BMT 2100-cü ilə qədər Çin əhalisinin iki dəfə azalacağını proqnozlaşdırıb

BMT-nin proqnozlarına görə tək uşaq siyasəti sayəsində 2100-cü ilə qədər Çinin əhalisi 1,4 milyarddan 639 milyona düşəcək.

Bu barədə iyulun 11-də Wall Street Journal (WSJ) məlumat yayıb.

“İqtisadçılar bunu demoqrafik dividend adlandırırlar – ölkədə əmək qabiliyyətli yaşda olan insanlar işsiz körpə və qocalardan daha çoxdur. Belə ölkələr zənginləşdikcə insanlar təbii olaraq daha az uşaq sahibi olmağa qərar verirlər və əhali qocalmağa başlayır”, – nəşr qeyd edib.

Tədqiqatçılar qeyd edirlər ki, əhalinin sayının kəskin azalması 2040-cı ilə qədər başlayacaq.

Qeyd edək ki, tək uşaq siyasəti Çində 1980-ci ildə iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq edilib. Hazırda ölkə iqtisadiyyatı nominal ÜDM-in həcminə görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
banker.az

10Mənbələr