AZ

Dənizdə boğulma halları ən çox bu ərazidə baş verir - Ekspert açıqladı

Son günlər çimərliklərdə istirahət edənlərin suda batmasıyla bağlı hadisələrin şahidi oluruq. Bir çox hallarda bu, müvafiq təhlükəsizlik qaydalarına əməl etməməkdən irəli gəlir.


Belə xoşagəlməz halların baş verməməsi üçün nələrə diqqət yetirilməlidir?


Bakupost.az -ın sualını təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev cavablandırıb.

O, boğulma hallarının əsasən, nəzarətsiz ərazilərdə baş verdiyini deyib. E.Nurəliyevin sözlərinə görə, bu, bütün dünyada belədir:

“Statistikaya görə boğulma hallarının 95 faizi qeyri-çimərlik ərazilərinin payına düşür. Nəzarət olunan çimərliklərdə boğulma halları demək olar ki, baş vermir. Ona görə də çimərlik kimi fəaliyyətinə icazə verilən yerlərdə istirahət etmək tövsiyə olunur. Çünki orda xilasetmə xidməti var”.

Ekspert əlverişsiz hava şəraitində çimərliyə getməyin də yolverilməz olduğunu bildirib:

“Boğulma hallarının böyük əksəriyyəti həm də əlverişsiz hava şəraitində baş verir. Ona görə də insanlar bu məqama xüsusi diqqət yetirməlidirlər. Suda isə 15-20 dəqiqədən artıq vaxt keçirmək olmaz. Saatlarla suda vaxt keçirmək, dərin məsafələrə getmək, spirtli içki içib suya girmək təhlükəsizlik baxımından yolverilməzdir. Ona görə də üzmə sərhədlərini müəyyən edən nişanları keçmək olmaz”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
9
bakupost.az

10Mənbələr