AZ

Putin-Modi görüşü Hindistandan ABŞ-a açıq siqnal oldu

Hindistanın baş naziri Narendra Modinin Moskvaya səfəri və onun prezident Vladimir Putinlə görüşü ABŞ-a Hindistanın Vaşinqtonun təsirindən kənarda öz imkanlarına malik olduğuna dair bir siqnal oldu.

525.az xəbər verir ki, bu barədə Amerikanın “Responsible Statecraft” nəşri yazıb.

“Modinin səfəri Vaşinqtona Hindistanın ABŞ-ın təsir dairəsindən kənarda qlobal imkanlara malik olduğunu göstərə bilər”, - məlumatda bildirilir.
Eyni zamanda, nəşrə görə, Rusiya prezidenti ABŞ-ın müvafiq mesajına qarşı deyil.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hindistanın Ukrayna üzrə sülh və dialoqun tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Hindistanın Ukrayna ilə bağlı məsələlərə münasibəti Rusiyanın yanaşmasına uyğundur.

İyulun 9-da Kremldə Putin və Modi arasında danışıqlar baş tutub. Söhbət zamanı Modi Ukraynada sülhün bərqərar olmasına hər cür töhfə verməyə hazır olduğunu bildirib. Kreml Modi və Putin arasında Ukrayna münaqişəsi üzrə danışıqları konstruktiv adlandırıb.

Pərvanə Sultanova






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
525.az

10Mənbələr