AZ

Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında

Universitet ən yaxşı 685 universiteti arasında öz mövqeyini gücləndirərək 17-ci yerdə qərarlaşıb
“QS Quacquarelli Symonds” agentliyi Avropanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. Xəzər Universiteti “QS World University Rankings: Europe 2025” hesabatına əsasən 12 pillə irəliləyərək, 360-cı yerdə qərarlaşıb. Eyni zamanda, Qərbi Asiya universitetləri arasında 16-cı yer tutub.
Universitetdən AYNA-ya bildirilib ki, bununla yanaşı, Xəzər Universiteti məqaləyə istinad edilməsi üzrə 53 pillə irəliləyərək, Avropanın ən yaxşı 685 universiteti arasında öz mövqeyini gücləndirərək 17-ci yerdə qərarlaşıb. Bu nüfuzlu reytinqdə Avropanın 42 ölkəsindən 685 ali təhsil müəssisəsi yer alıb. Azərbaycandan siyahıda 9 universitet təmsil olunub.
Reytinq qlobal təhsil məkanında tanınma, tədqiqat nəticələri, tədris resursları, beynəlmiləlləşmə, məzunların işlə təminatı və digər göstəriciləri özündə birləşdirir.
Universitetlər reytinqi haqqında daha ətraflı məlumatla linkdə tanış olmaq mümkündür.

Seçilən
166
26
ayna.az

10Mənbələr