AZ

“Bu mənə edilən ən böyük pislik idi, adını açıqlayacam...” - Məlahət Abbasovadan ÖZƏL AÇIQLAMALAR + FOTO

“O vaxt Türkiyəyə gedəndə bir çoxları uğursuz olacağımı, sənəti davam etdirməyəcəyimi deyirdilər. Sözün düzü özüm də bunu düşünürdüm. Həyat yoldaşıma, onun ailəsinə sonsuz təşəkkür edirəm ki, əlimdən tutub məni teatra apardılar. Ondan sonra da dişimlə, dırnağımla bu günki yerlərə gəldim. Bu gün dünyanın ən böyük teatrı sayılan İstanbul Şəhər Teatrlarında işləmək mənim üçün qürurverici bir hadisədir. Yaradıcılıq işlərimdə də böyük uğurlarım var, serialım davam edir, digər sürprizləri də sentyabr ayında açıqlayacam”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.
 
 
“Özümü çox şanslı hesab edirəm. Uğura gedən yolda, sənətə ilk başlayanda yadıma gəlmir ki, kimlərsə mənə mane olub. Allah üzümə geniş qapılar açmışdı. O qapının önündə yalnız işıq var idi, mən ona doğru gedirdim. Bəlkə də mane olmaq istəyənlər oldu, amma mən onları görməmişəm. Allahdan başqa arxamda heç kim olmayıb. 1991-ci ildə Türkiyəyə gələndə heç dilləri haqqında belə anlayışım yox idi. Türk dilini bilmədən işə qəbul olunmağım teatrımızda səs-səda doğurmuşdu. Teatrın o vaxtkı direktoru məni müdafiə etdi. O xanım direktor və teatrın kollektivi bizə hələ o illərdə AZDRAMA-ya qastrol səfərinə gələndə teatrımızın direktoru Həsən Turabov onlara gözəl bir qonaqlıq vermişdi. Bir kəlmə dedi ki, səni işə götürürəm, bizim bacımızsan, amma artıq hər şeyi istedadın deyəcək”, - deyə aktrisa bildirib.
 
 
Tanınmış aktrisa bildirib ki, sənətə yeni başlayanda ona mane olmasalar da, sonradan həmin şəxslər ona qarşı əsl xislətlərini göstərməyə başlayıblar:
 
“Mənə çox ciddi bir şəkildə mane olan şəxs olub. Həmin şəxs mənim yaradıcılığımı, hazırladığım tamaşaları, müvəfəqqiyyətimi qısqandı. O yoluma daş qoymaq istəyən və bunu açıq-aşkar üzümə söyləyən bir “insan” idi. Mən  buna sadəcə güldüm. Öz işığına güvənməyənlər başqasının parlamasından qorxarlar. Mən o insanlara qorxaq kimi baxıram. Bu mənə edilən ən böyük pislik idi. Zamanı çatanda mən onun adını açıqlayacam”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
moderator.az

10Mənbələr