AZ

"Qışqıran qadın" mumiyasının sirri açılıb - Fotolar



Qədim Misirdə tapılmış və tarixinə görə fironlar dövrünə aid edilən "Qışqıran qadın” mumiyasının uzun illər gizli qalan sirri açılıb.

Reyting.az
-ın xəbərinə görə, əvvəllər alimlərin söylədiyi bənzər ehtimalların demək olar ki, hamısı özünü doğruldub. Belə məlum olur ki, qəfildən və ya xəstəlikdən sonra vəfat edən bu qadın həqiqətən də ağrılı bir ölüm halı keçirib.

Alimlər "Qışqıran qadın" kimi tanınan bu qədim Misir mumiyası üzərində hərtərəfli araşdırma aparıblar. Adından da göründüyü kimi, bu mumiyanın üzü əzabdan donmuş bir görkəmdədir və o, belə bir vəziyyətdə həyatını itirib.

Son vaxtlara qədər elm adamları aparılan tədqiqatların nəticəsi olaraq bunun səbəbinin zəif mumiyalama olduğunu hesab edirdilər. Ancaq müasir dövrdə alimlər XX əsrin 80-90-cı illərinə təsadüf edən həmin köhnə nəzəriyyədən tamamilə imtina etmək qərarına gəliblər və ölüm səbəbinin çox güman ki, heç də belə olmadığını aşkar ediblər.



"Qışqıran qadın" adlanan bu sirli mumiya üzərində son və yeni tədqiqatlar Qahirə Universitetindən olan radioloq Sahar Salım, həmçinin Misirin Turizm və Qədim Əsərlər nazirliyinin elmi əməkdaşı antropoloq Samiya Əl-Mərqani tərəfindən aparılıb.

Alimlər bildiriblər ki, nəticələr çox uğurlu olub. Kompüter tomoqrafiyası, elektron mikroskopiya və infraqırmızı spektroskopiyadan, rentgen şüalarının difraksiya analizindən, həm də digər elmi üsullardan istifadə etməklə növbəti dəfə əmin olan mütəxəssislər qadının dəfninin xüsusi ehtirama layiq, çox təmtəraqlı bir mərasim olduğu qənaətinə gəliblər. Alimlərə görə, bu, elə bir təmtəraqlı dəfn mərasimi olub ki, burada heç vaxt belə ehtiyatsızlığa yol verilə bilməzdi.

"Qışqıran qadın" adlandırılan bu mumiya üç min ildən çox əvvəl Misir fironu Hatşepsutun sarayında memar olan Semnutun məzarında dəfn edilmişdir. Elmi məntiqə görə Semnutun dəfn mərasimi təmtəraqlı, çox da zəngin olmalı idi, çünki memarın dəfn olunduğu məzar sahəsində hətta anası və digər qohumları üçün nəzərdə tutulmuş ayrıca otaqlar da tikilmişdi.

Alimlərin qənaətincə, onların tədqiq etdiyi mumiya memarın qohumlarından biri olub. Qadın iki gümüş, eləcə də qızıl üzük, həmçinin oyulmuş jasper skarabları olan taxta tabutda dəfn edilib. Üstəlik, dəfn zamanı ehtiram əlaməti olaraq onun başına hörüklü parik də taxılıb.



Alimlər müəyyən ediblər ki, qadın illərlə artrit xəstəliyindən əziyyət çəkib və təxminən 48 yaşında ölüb. Tədqiqatların gedişində məlum olub ki, bu mumiyanın bir neçə dişi əskik olub və o, çox güman ki, xəstəlik dövrlərində dişlərini itirməyə başlayıb. Amma dişlər çıxarıldıqdan sonra qadının çənə sümüyü hissəsində qismənsağalma əlamətləri də müşahidə edilib.

Bütün cəhdlərə və aparılan araşdırmalara baxmayaraq, qadının ölümünün səbəbinitam dəqiqləşdirmək mümkün olmayıb, ancaq araşdırma yenə də sürprizlə nəticələnib: ürək və ağciyərlər, qaraciyər, dalaq, bağırsaqlar və bir sıra digər orqanların tamamilə toxunulmaz qaldığı məlum olub.

Alimlər deyiblər ki, bu, heç də ənənəvi bir hadisə deyil, çünki həmin dövrlərdə, həm də "Qışqıran qadın"-ın yaşadığı dövrdə o zaman mumiyalama proseslərində vəfat etmiş şəxsin orqanlarının əksəriyyətinin çıxarılması adi bir hal, adi bir təcrübə idi.

Mütəxəssislərin fikrincə, bu, eləcə də bəzi digər xüsusiyyətlər - məsələn, qeyri-adi mövqe, yaxud da Afrika və Ərəbistandan gətirilən xüsusi balzamlayıcı maddələrin istifadəsi tədqiqatçıları mumiyanın dəfn edildikdən sonra ağzının belə bir tərzdə açılacağı qənaətinə də gəlməyiblər, çünki belə qəribə və qeyri-adi hadisə heç vaxt praktikada müşahidə edilməyib. Tədqiqat müəllifləri hesab edirlər ki, problem şiddətli spazm olub, həm də ölüm ayağında olan bir insanın əzələlərində tədricən "Rigor mortis" meydana gələnə qədər donuq bir fenomen hadisəsi baş verib. Bu vəziyyət, çox böyük ehtimala görə, həmin xəstə qadının ağrılardan qışqıra-qışqıra inanılmaz əzab içində öldüyünü göstərə bilər. Kadavra spazmı adlanan, həmçinin olduqca mübahisəli bir fenomen sayılan bu xəstəliyin nişanələri mumiya-qadının üz ifadəsində də aydın görsənir.



Sonda alimlər qeyd ediblər ki, bu qadının taleyi və əsl ölüm səbəbi güman ki, əbədi olaraq sirr qalacaq, lakin müəyyən irəliləyişlər də var. Onlar qadının hansı ağır xəstəlikdən əziyyət çəkdiyini öyrəndikləri üçün bunu böyük uğur hesab etdiklərini söyləyiblər.

Buna baxmayaraq, belə qalıqların tədqiqi alimlərə bəşəriyyətin daha bir keçmişinə nəzər salmaq, həmçinin də əcdadların adət-ənənələrini öyrənmək imkanı verir.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
36
reyting.az

10Mənbələr