AZ

"FARSCA, YOXSA TÜRKCƏ DANIŞAQ?" - Pezeşkian Ərdoğanın sualına bu cavabı verib

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın yeni Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

"AzPolitika" xəbər verir ki, iranlı jurnalist Azər Məhdavan “X” hesabından etdiyi paylaşımda iki liderin telefon danışığı zamanı yaşanan maraqlı bir məqamdan bəhs edib.

O, paylaşımında Ərdoğanın Pezeşkiana "Farsca, yoxsa türkcə danışaq?" sualını ünvanladığını bildirib və bunları yazıb:

“İki gün öncə Ərdoğan telefon danışığı zamanı Pezeşkiandan soruşub ki, bundan sonra farsca, yoxsa türkcə danışaq? Pezeşkian isə cavabında bildirib ki, Azərbaycan türkcəsi anlayışları qarşılıqlı başa düşməkdə çətinlik yarada bilər, farsca danışmaq daha yaxşıdır". 

A. Mehdavan qeyd edib ki, liderlər tərcüməçi vasitəsilə fars dilində danışıblar.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
azpolitika.info

10Mənbələr