AZ

Gürcüstan ABŞ və Aİ-nin sanksiyalarına münasibət bildirib

 ABŞ-ın “Layiqli tərəfdaş 2024” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaq qərarı və Aİ-nin Gürcüstanın Müdafiə Nazirliyinə 30 milyon avro ayırmasını dondurmaq niyyəti Tbilisinin Qərb tərəfdaşları ilə münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərini doğrultmur.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

“Bu qərar təəssüf doğurur, mən dəfələrlə qeyd etmişəm ki, bu, münasibətlərin bərpası ilə bağlı gözləntilərimizə cavab vermir”, - Kobaxidze bildirib.

O, son dörd ildə baş verən siyasi hadisələrə görə bu münasibətlərin həqiqətən yenidən qurulmağa ehtiyacı olduğunu vurğulayıb.

"Gürcüstan tərəfi, hökumətimiz, dövlətimiz buna tam hazırdır", - baş nazir bildirib.///tass

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
49
ucnoqta.az

10Mənbələr