AZ

İrəvanın NATO sammitində iştirakından təəssüflənirik - Qaluzin 

Rusiya tərəfi Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə son dərəcə təəssüflənir.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə bildirib.
 

Təhlükəsizlik sahəsindən danışan Qaluzin Ermənistanın KTMT-nin üzvü olaraq qaldığını, hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısı olduğunu vurğulayıb. 

"Lakin İrəvan konstruktiv yanaşma əvəzinə, təəssüf ki, başqa yol seçdi. Ermənistan NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə, xüsusən NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından qarşılıqlı əlaqəni artırmağa üstünlük verdi. Bütün bunlar həddindən artıq təəssüfdən başqa bir şey deyil”, deyə Rusiya XİN rəhbərinin müavini deyib.

Diplomatın nöqteyi-nəzərincə, “məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla əməkdaşlığı dərinləşdirməklə, İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq, o cümlədən öz təhlükəsizliyinə ziyan vurmaq riski daşıyır.

Onun sözlərinə görə, Ermənistanda bilikli mütəxəssislər və siyasətçilər belə ehtiyatsız addımların mümkün bədəlini anlayırlar.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 9-10-da Vaşinqtonda səfərdə olub və NATO-nun 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
bizim.media

3Mənbələr