AZ

"Zirə" Avropa Liqasında mübarizəyə start verir

Bu gün "Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif" klubu ilə üz-üzə gələcək.

“İki sahil” xəbər verir ki, təmsilçimiz səfər matçında uğurlu nəticəyə imza ataraq doğma meydanda daha rahat çıxış etmək niyyətindədir. Amma "Şerif"lə görüşdə bu, heç də asan vəzifə sayılmır. Komandalar bu görüşə itkisiz çıxacaqlar.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da "Şerif" İdman Kompleksində reallaşacaq. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra "Liv Bona Dea Arena"da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

UEFA Avropa Liqası,

I təsnifat mərhələsi

11 iyul

21:00. "Şerif" - "Zirə"

Baş hakim: Alessandro Dudiç (İsveçrə)

"Şerif" İdman Kompleksi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
8
ikisahil.az

10Mənbələr