AZ

"Zirə" Avropa Liqasında mübarizəyə start verir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün "Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif" klubu ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz səfər matçında uğurlu nəticəyə imza ataraq doğma meydanda daha rahat çıxış etmək niyyətindədir. Amma "Şerif"lə görüşdə bu, heç də asan vəzifə sayılmır. Komandalar bu görüşə itkisiz çıxacaqlar.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da "Şerif" İdman Kompleksində reallaşacaq. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra "Liv Bona Dea Arena"da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
11 iyul
UEFA Avropa Liqasının I təsnifat mərhələsi
"Şerif" - "Zirə"
Saat 21:00, "Şerif" İdman Kompleksi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
16
oxu.az

10Mənbələr