AZ

Məsud Pezeşkianın çətin missiyası

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranda keçirilən növbədənkənar prezident seçkisində iki turda gerçəkləşən gərgin mübarizədən sonra türk kimliyi ilə fəxr edən islahatçı namizəd Məsud Pezeşkian parlaq qələbə qazanıb.
"Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunur ki, regionda və dünyada böyük maraq doğuran bu nəticə çoxları tərəfindən gözlənilməz, hətta sensasiyalı bir hadisə kimi qarşılandı.
"Hərçənd İranda son illərdə gedən daxili siyasi prosesləri diqqətlə izləyənlər və dərindən bilənlər üçün bu sonuc elə də qeyri-adi olmadı. Belə ki, İran İslam Respublikasının tarixində siyasi idarəçiliyin ənənəvi olaraq mövcud şərtlərdən çıxış edilməklə, mühafizəkar-islahatçı əvəzlənməsi üzrə getdiyi reallığını bir kənara qoysaq, Pezeşkianın seçkiyə buraxılması faktının özü diqqətli müşahidəçinin, necə deyərlər, dalağının sancmasına səbəb olmalı idi.
Qədim Azərbaycan şəhəri Urmiyadan olan doktor Pezeşkianın namizədliyi 2021-ci ilin prezident seçkisində təsdiq olunmamışdı.
Bəs ötən üç il ərzində nə baş verdi ki, Pezeşkian seçkiyə buraxıldı? Yalnız islahatçı kəsimin təmsilçisi kimi? Axı meydanda Pezeşkiandan daha çox islahatçı sayıla biləcək iddiaçılar vardı! Üstəlik, paniranist düşüncənin güclü olduğu islahatçı cərəyan içərisində Pezeşkian uzun illərdən bəri açıq-aşkar türk milli kimliyindən çıxış edən, İranda yaşayan etnosların hüquq bərabərliyini dəstəkləyən, nəhayət, İran parlamentində türk fraksiyası yaradıb onun başında duran bir şəxsiyyətdir. Elə isə seçkiyə buraxılan beş mühafizəkar namizədə qarşı niyə məhz ona yaşıl işıq yandırıldı?" - deyə müəllif sual edir.
Daha ətraflı videosüjetdə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
oxu.az

10Mənbələr