AZ

Universitetlərimiz Avropada neçəncidir? - Reytinq sıralaması

  Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən "QS Quacquarelli Symonds” təşkilatı Avropanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb. Sözügedən siyahıda təmsil olunan 9 Azərbaycan universitetindən 7-nin mövqeyində ötən ilə nisbətən irəliləmə müşahidə edilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 Bildirilib ki, Sumqayıt Dövlət Universiteti isə ilk dəfə "Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”na daxil olub.

Qeyd edilib ki, Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısında Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.



 


 
   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
32
referans.az

10Mənbələr