AZ

Vergi idarəsi ilə "NTC" şirkətin arasında 200 minlik vergi borcu mübahisəsi

Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "NTC" şirkəti arasında vergi məsələlərinə dair mübahisə yaranıb. 

Valyuta.az xəbər verir ki, bu mübahisədən dolayı qurum şirkəti məhkəməyə verib. 

İddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq. 

İş hakim Aygün Abdullayevanın icraatındadır. 

Araşdırmalarımız zamanı məlum olub ki, "NTC" şirkətinin 221 329, 21 manat vergi borcu var. Lakin hansısa səbəbdən şirkət borcu ödəmir. 

"NTC" şirkəti 13 may 2004-cü ildə qeydiyyata alınıb. Nizamamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Məhərrəmov Vüqar Gülyar oğludur. 

Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
23
valyuta.az

10Mənbələr