AZ

“Real” ulduzların yeni nömrələrini açıqladı

"Real Madrid" bir sıra futbolçuların forma nömrələrini dəyişdiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni transfer Kilian Mbappe Madrid təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.

Eduardo Kamavinqa 6, Federiko Valverde 8, Aurelien Tçouameni 14, Arda Gülər ​​15, Xesus Valyexo isə 18 nömrəli forma geyinəcək.

Qeyd olunur ki, "kral klubu" sabahdan etibarən öz fan-şoplarında oyunçuların nömrələri yenilənmiş formaların satışına başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
6
milli.az

10Mənbələr