Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə həyat yoldaşı olan müğənni Aysel Teymurzadə ilə boşandığı barədə məlumat yayılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Murad Adıgözəlzadə Nəzrin Aslanlı adlı xanımla ailə həyatı qurmağa hazırlaşır.
Nəzrin Aslanlı Azərbaycan Dövlət Filarmoniyasında çalışır. O, tanınan skripka ifaçısıdır.
Məsələ ilə bağlı Nəzrin Aslanlı Demokrat.az-a açıqlamasında məlumatı təkzib edib:
“Mən bu barədə məlumatı ilk dəfədir ki, eşidirəm. Murad Adıgözəlzadə sadəcə mənim rəhbərimdir, iddialar doğru deyil”.
"Cebhe.info"