AZ

İcma ilə MÜSİAD arasında əməkdaşlıq imkanları müzakirə olunub

Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərlinin başçılıq etdiyi nümayəndə heyəti ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD Azərbaycan) nümayəndələri arasında görüş keçirildi. İcmadan SİA-ya bildiriblər ki, Əziz Ələkbərli qonaqlara Qərbi Azərbaycan İcması barədə ətraflı məlumat verib, soydaşlarımızın geri qayıdışı istiqamətində aparılan işlərə toxunub. Bildirilib ki, İcma doğma torpaqlarından zorla qovulmuş Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı uğrunda istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə apardığı intensiv işi davam etdirir. Bu baxımdan dərnəyin nümayəndələri ilə bugünkü görüşün əhəmiyyətli olduğunu diqqətə çatdıran Ə.Ələkbərli İcmanın digər təşkilatlarla da əməkdaşlığı barədə qısa məlumat verib.MÜSİAD-in İdarə Heyətinin sədri Rəşad Cabirli dərnəyin fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, 1990-cı il mayın 9-da İstanbulda qurulan, Türkiyədə 84, dünyanın 81 müxtəlif ölkəsində isə ümumilikdə 165 məntəqədən ibarət dərnək Qərbi azərbaycanlıların haqq işinə dəstək verməyə hazırdır, bununla bağlı müzakirələrin davam etdirilməsi üçün addımlar atılacaq.İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov diqqətə çatdırıb ki, Azərbaycandakı yerli icmaların Qərbi Azərbaycan İcması ətrafında sıx birləşməsi ilə yanaşı, diasporumuzun da bu birlikdə yaxından iştirak etməsi böyük önəm daşıyır. Bu baxımdan bugünkü görüş sözügedən istiqamətdə atılan daha bir addım ola bilər.QAİ-nin İdarə Heyəti sədrinin müavini, VI çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bu günlərdə Türkiyənin Qars şəhərinə səfərini xatırladıb, qardaş Türkiyənin həmin bölgələrində də çoxsaylı Qərbi azərbaycanlının olduğunu, MÜSİAD-ın tərkibindəki iş adamları kimi, onların da biznes nümayəndələrinin bu prosesdə yaxından iştirak etmək üçün fəaliyyət göstərdiklərini vurğulayıb.İcmanın Gənclər Şurasının üzvü, VI çağırış Milli Məclisin deputatı Səbinə Xasayeva isə Şuranın üzvlərinin də sözügedən əməkdaşlıqla bağlı verə biləcəyi töhfələrdən bəhs edib.Hər iki tərəfdən çıxış edən digər iştirakçılar da QAİ ilə MÜSİAD Azərbaycan arasında bundan sonra əməkdaşlığın daha sıx şəkildə həyata keçirilməsinin konturlarını müzakirə ediblər.Görüşdə işçi qrupunun yaradılmasına, gələcək əməkdaşlıq imkanlarının təhlilinə və təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
10
sesqazeti.az

10Mənbələr