AZ

Qarabağ Universitetinin mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev olub

Hüseyn Mirzəyev Qarabağ Universitetinin rektorunun müvafiq əmri ilə həmin universitetin Mühəndislik fakültəsinin dekanı təyin edilib. Bu barədə Azərbaycan Müəllimi xəbər paylaşıb. 
 
 Hüseyn Mirzəyev Azərbaycan Texniki Universitetində assistent, baş müəllim, dosent və "Müasir mexaniki intiqallar" elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifələrində çalışıb. Bundan əlavə, Qazi Universiteti, İstanbul Texniki Universiteti və Cənubi Koreyanın İnha Universitetində elmi-tədqiqat işləri, həmçinin mübadilə proqramlarında iştirak edib.  
 
Mirzəyev bir sıra elmi məqalə, kitab və patentlərin müəllifidir. O, Azərbaycan, rus, ingilis və alman dillərini bilir.  
 
 
Bir gün öncə Qarabağ Univrsitetinin rektoru bildirib ki, sentyabrdan etibarən 1120 tələbənin bu universitetdə təhsil almaq imkanı olacaq. 
 
Bir neçə gün öncə elm və təhsil naziri Qarabağ Universitetinin yeni görüntülərini paylaşaraq bildirib ki, Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.

 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 

 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
anews.az

4Mənbələr