AZ

Əhaliyə xəbərdarlıq edildi: iyulun 11-13-də ölkədə...

İyulun 11-13-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.Bu barədə Bakuinfo.net Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.Azərbaycanın rayonlarında iyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s-dək güclənəcək.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
49
bakuinfo.net

10Mənbələr