AZ

Tütün məmulatlarının istehsalı 18 faiz azalıb

Bakı. Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdisahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 31,5milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilinmüvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Bu bardə Trend-ə Dövlət Statistika Komitəsindən məlumatverilib.

Qeyd edilib ki, sənaye məhsulunun 65,0 faizi mədənçıxarmasektorunda, 29,2 faizi emal sektorunda, 4,9 faizi elektrikenerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatısektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsivə emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış,əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.

Emal sektorunda kompüter, elektron və optik məhsullarınistehsalı 74,4 faiz, əczaçılıq məhsullarının istehsalı 53,5 faiz,avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,0 faiz, tikintimateriallarının istehsalı 35,7 faiz, metallurgiya sənayesiməhsullarının istehsalı 32,0 faiz, mebel istehsalı 31,0 faiz, rezinvə plastik kütlə məmulatlarının istehsalı 26,7 faiz, elektrikavadanlıqlarının istehsalı 18,5 faiz, tütün məmulatlarınınistehsalı 18 faiz, içkilərin istehsalı 14,9 faiz, hazır metalməmulatlarının istehsalı 13,9 faiz, geyim istehsalı 8,1 faiz, kimyasənayesi məhsullarının istehsalı 7,8 faiz, qida məhsullarınınistehsalı 4,6 faiz, kağız və karton istehsalı 4,5 faiz, dəri vədəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 faiz, neftməhsullarının istehsalı 1,9 faiz artmış, ağacın emalı və ağacdanməmulatların istehsalı 6,7 faiz, toxuculuq sənayesi məhsullarınınistehsalı 13,9 faiz, maşın və avadanlıqların quraşdırılması vətəmiri işləri 16,2 faiz, poliqrafiya məhsullarının istehsalı 20,8faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz, sair nəqliyyatvasitələrinin istehsalı 48,0 faiz, sair sənaye məhsullarınınistehsalı isə 61,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda istehsalın həcmi 1,9 faiz azalmış, sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,2faiz artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
10
az.trend.az

10Mənbələr