AZ

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

İyulun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Qeyd edilib ki, iyulun 10-u saat 10:00-a olan məlumata görəgözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzkeçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, qısamüddətlileysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı,Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub.

Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35,Naxçıvan MR-da 36, Aran rayonlarında 36-40, dağlıq rayonlarda 29dərəcəyədək isti olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
37
az.trend.az

10Mənbələr