AZ

Qərbi Azərbaycan Xronikası: Ermənistanın təhlükəsizliyinə Azərbaycan və Türkiyə zəmanət verə bilər - VİDEO

Bu gün "Baku Tv"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Aparıcı Ellada Sarvanın müsahibi hərbi ekspert Ədalət Verdiyev olub.

O, Rusiya-Ukrayna müharibəsində indiki durum, Ermənistanda müşahidə olunan siyasi çalxalanmalar, Cənubi Qafqazda təhlükəsizlik məsələlərindən danışıb və deyib ki, Rusiya-Ukrayna münasibətlərində sülhdən danışmaq hələ tezdir.

Onun sözlərinə görə, üç il əvvəl 44 günlük müharibədə Azərbaycan suveren ərazilərində lokal əməliyyatlar keçirdi və düşmənin hərbi hədəfləri neytrallaşdırıldı: “Halbuki Ermənistan ordusunun dağıdılmaz olduğu mifi yaradılmışdı. Ümumiyyətlə, Ermənistan öz geosiyasi ambisiyalarının girovudur. Ermənistan regionda gedən proseslərə təsir vasitəsidir. Azərbaycan dinc əhaliyə zərər vermədən separatizmlə mübarizə aparır”.

Hərbi ekspert indi Ermənistanın silahlandırılmasında daha çox Fransa və Hindistan rol oynadığını vurğulayıb: “Bu, erməniləri və separatçıları, revanşistləri cəsarətləndirir. Amma erməni silahları ilə bağlı xəbərlər köhnəlib. Müharibə gedəndə erməni revanşistləri harada idilər? Perspektivdə hansısa yeni hərbi insidentlərin baş verməsi ehtimalı olarsa, rəsmi İrəvan bundan sonra fərqli davranış nümayiş etdirərsə, bütün məsələlər eyni vaxtda həllini tapacaq və Ermənistan mövcud olmayacaq. Azərbaycana qarşı əsassız iddialar Ermənistan üçün sarsıdıcı zərbə ola bilər. Bir atış hərbi toqquşmaya səbəb ola bilər”.

Ə.Verdiyev sonda Qərbi azərbaycanlıların qayıdışı, təhlükəsizliyin yaradılması məsələlərinə də toxunub və bildirib ki, Ermənistanın təhlükəsizliyinə Azərbaycan və Türkiyə zəmanət verə bilər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 9-də saat 18:30-da "Baku Tv"nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
baku.ws

10Mənbələr