AZ

Kapital Bank-ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı

Xəbər verdiyimiz kimi Kapital Bank-ın buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dolları həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 8 iyul 2024-cü il tarixində yekunlaşıb. Yerləşdirmədə 33 fiziki və 4 hüquqi şəxs olmaqla, ümumilikdə 37 investor iştirak edib. Yerləşdirmə həcminə gəldikdə isə ümumi məbləğin 18 387 000 dolları (61%) fiziki şəxslərin, 11 613 000 dolları (39%) isə hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
49
publika.az

10Mənbələr