Bakı, 9 iyul, AZƏRTAC
“AzerGold” QSC-nin fəaliyətinin ötən 8 ili qızıl layihələri üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığın tam aradan qaldırılması, ilk illərdən mənfəətli fəaliyyət və digər səmərəli iqtisadi töhfələrlə müşayiət olunub.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bu illər ərzində müstəqil büdcə ilə qızıl mədənlərini uğurla istismara verən, illik 1 milyard manat dövriyyəsi olan dağ-mədən şirkəti olmaq yolunda inamla addımlayan Səhmdar Cəmiyyət dövlətə vergi formasında 153.773,857 manat vəsait ödəyib.
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/1720531013136363676_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/2/1200x630/17205310135817853000_1200x630.jpg)