AZ

Mərkəzi Bank valyuta aktivlərinin idarə edilməsindən 572 mln. manat gəlir əldə edib

Audit hesabatına əsasən Mərkəzi Bankın 31 dekabr 2023-cü il tarixinə gəlirləri 748.3 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik hesabatında qeyd edilib.

Gəlirlərin 572.1 mln. manatı valyuta aktivlərinin idarə edilməsi üzrə faiz, yenidən qiymətləndirmə və konvertasiya gəlirlərindən, 34.4 mln. manatı daxili bazarda əldə edilmiş qiymətli kağızlar üzrə faiz gəlirlərindən, 2.1 mln. manatı mərkəzləşdirilmiş kredit resursları üzrə faiz gəlirlərindən, 24.1 mln. manatı müştərilərə göstərilən xidmətlər üzrə gəlirlərdən ibarət olmuşdur. Həmçinin 47.9 mln. manatı maliyyə öhdəliklərinin (Azərbaycan Beynəlxalq Bank ASCdən (ABB) cəlb olunmuş depozitin) ədalətli dəyərdə ilkin tanınması üzrə gəlirlər, 14.2 mln. manatı maliyyə aktivlərinin (Əmanətlərin Sığortalanması Fonduna verilmiş kredit) amortizasiyası və 3.0 mln. manatı həmin aktivlərin ədalətli dəyərinin dəyişiklikləri üzrə gəlirlər, 0.6 mln. manatı isə daxili bazarda törəmə maliyyə alətləri üzrə gəlirlər yaratmışdır.

Əlavə olaraq 1.1 mln. manatı xatirə və investisiya pul nişanlarının satışı və s. üzrə gəlirlərdən ibarət olmuşdur. Valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə mühasibat gəliri 48.8 mln. manat təşkil etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
39
banker.az

10Mənbələr