AZ

Tural Abbaslı növbədənkənar parlament seçkilərindən DANIŞDI

Ağ Partiya Sədri:  “Fikrimiz odur ki, istər Bakı, istərsə də…”
 
Siyasi partiyalar növbədənkənar parlament seçkilərinə hazırlıq prosesinə start verib.
 
2024-cü il ölkəmizdə bir sıra siyasi hadisələrlə müşayət olunacaq. İlin əvvəlində baş tutan prezident seçkiləri ilə yanaşı, bu il həm də parlament seçkiləri ilidir. Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli olsa da, həmin ay ölkədə COP29 tədbiri baş tutacaq. Bu baxımdan, növbədənkənar parlament seçkilərinin sentyabr ayında gerçəkləşəcək. 
Mövzu ilə əlaqədar Ağ Partiyanın sədri Tural Abbaslı Moderator.az-a danışdı. Bildirdi ki, artıq seçki ilə bağlı ölkədə hazırlıqlar başlayıb:
“Seçki prosesi 1 həftədən çoxdur başlayıb və biz Ağ Partiya olaraq əslində bir neçə ay öncədən seçki qərargahı yaratmışdıq. Bunun üçün bəlli addımlar atırıq. Namizədlərin müəyyənləşdirilməsi, onlara dəstək imzalarının toplanması, təbliğat- təşviqat işləri ilə bağlı şüarların və seçkilərə veriləcək vədlərin planlaşdırılması, müəyyən olunması ilə bağlı işlər demək olar ki, yekunlaşıb. Artıq biz namizədlərimizi dairələr üzrə verməyə başlamışıq. Fikrimiz odur ki, nə qədər çox dairələr mümkün olsa, o qədər dairədə namizədliyimizi,  partiya namizədlərini istər Bakı,  istərsə də regionlarda verəcəyik. Səhv etmirəmsə, Bakıda artıq 5-6 dairədə namizədlərimiz sənədlərini təqdim edib və proses davam edir. 60-dan çox namizədimizin olmağını istəyirik. Mənim sənədlərim Nəsimi-Binəqədi 1-ci seçki dairəsinədir. Qeyd edim ki, əvvəl də oradan namizəd olmuşam. Sənədlərimizi təqdim etmişik, imza vərəqələrinin bizə verilməsini gözləyirik. Ümidvaram ki, demokratik seçki keçirilər və Ağ Partiya olaraq biz də parlamentdə təmsil olunmaq hüququ qazanarıq”.
 
Nərminə Kamal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
8
moderator.az

10Mənbələr