AZ

Bərpa olunan Aşağı Gövhər Ağa məscidi FOTOLARDA

Şuşa. Trend:

Azərbaycanın bir qrup media nümayəndəsi Prezident İlham Əliyeviniyulun 5-də Şuşada bərpadan sonra açılışını etdiyi Aşağı Gövhər Ağaməscidində olublar.

Trend-in Qarabağ bürosunun məlumatına görə, XIX əsrdə KərbəlayiSəfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağaməscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşaetdirilmiş məscidlərdən birincisi sayılır.

Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindənbiridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədənibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsindəyerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedicietmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəliməscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalıçatma tağ günbəzlə örtülüb.

Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərinzirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş,məscid vandalizmin qurbanına çevrilmişdi.

2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondutərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinəbaşlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədənolan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondutərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasınauyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.

İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpaişləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib.Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqılqatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakıgünbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri dəgörülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxilisəthində tarixi naxış hissələri mikroinyeksiya üsulu iləbərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlararadan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulmasıişləri aparılıb.

Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində ermənivandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məsciddivarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən, divara həkkolunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə ermənivandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının birqismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçitarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktlarınşahidi ola bilər.

Məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzeyyaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl vəSonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və ŞərqiZəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilərtərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri,ekosid barədə faktlar, o cümlədən, hazırda Qarabağın və ŞərqiZəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallaryer alıb.

Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycandatarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, diniabidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dairməlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütündövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə vəsinaqoqlar təmir və bərpa edilib.

Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığıQarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət vədini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxındavam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütündini abidələrə qarşı vəhşiliklər törədilib. Erməni təcavüzkarlarışəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütüninfrastrukturu dağıdıb, təbii sərvətləri talan edib, buərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizmaktlarına məruz qoyub.

İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malikmədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdəndağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğaldövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsada, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağvə Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrəqarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək vəhəqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto vəvideomateriallar nümayiş olunur.

Muzeyin “İşğal dövründə dağıdılmış tarix və mədəniyyətabidələri” bölməsində isə işğal dövründə vandalizmə məruz qalmıştarix və mədəniyyət abidələrini əks etdirən foto vəvideomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinəkimi bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatınaalınıb. Qarabağın, Şərqi Zəngəzurun, həmçinin, Ermənistanla sərhədolan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunmasınəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhvedilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuşərazilərdə 400-ə yaxın abidə dağıdılıb.

“İşğal dövründə ekosid” bölməsində ziyarətçilərə ErmənistanınAzərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalıninsan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarınınpozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanlayanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətləringenişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dairfaktlar çatdırılır.

“30 illik həsrətin sonu” bölməsində Müzəffər AzərbaycanOrdusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxındoğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətənhəsrətinə son qoyulmasına dair məlumatlar, fotolar vəvideomateriallar yer alıb.

“Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi” bölməsində Qarabağda vəŞərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksinitapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istərQarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycanxalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin vəmilli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydəməhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar danümayiş olunur.

Burada Qarabağa və Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanışolmaq mümkündür. Muzeydə “Şuşada dörd fəsil” beynəlxalqfotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanınmənzərələrini əks etdirən əsərlər də təqdim olunur.

Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bərpa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
34
az.trend.az

10Mənbələr