AZ

Bayden onlara meydan oxudu: "Namizədliyinizi verin!"

ABŞ Prezidenti Cozef Bayden Demokratlar Partiyasının onun ilk debatdakı çıxışından narazı qalan üzvlərini prezidentliyə öz namizədlərini irəli sürməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə "MSNBC" telekanalına müsahibəsində bildirib.

Bayden seçki kampaniyasını dayandırmağa məcbur edilmək cəhdlərindən çox məyus olduğunu qeyd edib.

ABŞ Prezidenti ona qarşı narazılıq edənləri Demokratlar Partiyasının avqust qurultayına dəvət edib: "Prezidentliyə namizədliyinizi verin, qurultayda mənə meydan oxuyun".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
9
publika.az

10Mənbələr