AZ

Sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb

Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında komanda hesabında birinci olmuş Azərbaycanın sərbəst güləş üzrə millisi Vətənə qayıdıb.

Apasport.az xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət nümayəndələri, azarkeşlər və KİV təmsilçiləri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb. Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan milli 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.

Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kiloqram) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
32
apasport.az

10Mənbələr