AZ

"Mbappe sabah öz bacarığının 110 faizi ilə oynayacaq"

Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin simasında “üçrəngli”nin əsas ulduzu haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, 55 yaşlı çalışdırıcı bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Biz bilirdik ki, Portuqaliya ilə oyunda əlavə vaxt onun üçün bir az çox idi. Onun fiziki durumu meydançaya çıxmağa imkan verəcək. Onun maksimum istirahət etməsini istəyirdik. Biz əlimizdən gələni etdik və əminəm ki, Kilian formada olacaq. O, sabah bütün komandalar kimi öz imkanlarının 110%-i ilə oynayacaq”

Portuqaliya ilə 1/4 final matçında Mbappe ehtiyat oyunçular skamyasına keçərək əlavə vaxtın sonuna qədər oynamadı. Oradan o, fransızların qalib gəldiyi penaltilər seriyasına baxıb.

AVRO-2024-ün yarımfinalında İspaniya və Fransa milli komandaları arasında oyun iyulun 9-da keçiriləcək.

Seçilən
80
90deqiqe.az

1Mənbələr