AZ

“Uşaqların yatma vaxtı mövsümə görə dəyişir“ - PSİXOLOQ DANIŞDI

"Uşaqları vaxtında yatmaması hər zaman valideynlər üçün problem olub. Uşaqların yatma vaxtı mövsümə görə dəyişir. Məsələn, uşaqlar qış mövsümündə daha tez yatırlar. Çünki erkəndən oyanıb dərsə getdikləri üçün yorğun olurlar. Ona görə də erkən yatmalarında problem olmur. Amma yay mövsümündə vəziyyət dəyişir. Yəni tətildə olan uşaqlar tez yatmaq istəmirlər. Nəticədə, yuxu rejimləri pozulur və sonra da gec yatma problemi ortaya çıxır. Lakin bunu da həll etmək üçün metodlar var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib.

Psixooq həmin metodlardan da bəhs edib: “Yay mövsümündə vaxtında yatmaq bir qədər çətinləşir. Səhər erkəndən oyanmayan uşaqların axşam yatma vaxtları da uzanır. Bunun qarşını almaq üçün övladlarımızı yay aylarında hansısa məşğuliyyətlərə yönəltməliyik.

Bağça yaşında olanları yay aylarında da bağçadan ayırmamaq tövsiyə olunur. Həmin uşaqlar hər səhər bağçaya gedəcəyi üçün bir müddət erkən yatmağa öyrəşəcəklər. Həmçinin, onlara tez yatmasalar bütün gün ərzində özlərini yorğun hiss edəcəklərini mülayim bir tərzdə başa salmaq lazımdır".

Onun sözlərinə görə, şagirdləri isə tətil vaxtı da çox yatmağa icazə verilməməlidir: "Maksimum səhər 10-11 arası uşağı yuxudan oyatmaq, yeməyini yedikdən sonra isə, çölə aparmaq lazımdır. Daha dəqiq desək, gündəlik olaraq hansısa məşğuliyyətinin olmasını təmin etməliyik. Həmçinin, onlara daha yaxşı və tez böyümələri üçün tez yatmaq lazım olduğu barədə fikirlərimizi söyləməliyik.

Düzdür, övladımızı hər gün tez yatmağa sövq edə bilmərik. Hətta bəzən gec yatmasına belə şərait yaratmalıyıq. Əgər səhər gedəcək bir yeri və ya məşğuliyyəti yoxdursa, tez yatmağa məcbur etməyə bilərik. Düşünürəm ki, həftədə 1-2 dəfə də olsa gec yatmaları üçün imkan verməliyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
sia.az

2Mənbələr