AZ

 Mourinyo: ""Fənərbağça"da əla sistem, əla təşkilatçılıq var"

 "Özümü çox xoşbəxt və motivasiyalı hiss edirəm. Hər zamankından daha motivasiyalıyam".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Fənərbağça"nın dünyaca məşhur baş məşqçisi Joze Mourinyo Avstriyanın Qraz şəhərinin Bad Valtersdorf şəhərindəki təlim düşərgəsində jurnalistlərə açıqlamasında deyib.

O, Türkiədə özünü çox rahat hiss etdiyini deyib. Əlavə edib ki, hazırda bəzi futbolçular milli komandadan hələ heyətə dönmədiyi üçün tam gücləri ilə məşq edə bilmirlər: ""Fənərbağça"da əla sistem, əla təşkilatçılıq var. Hazırda komandanın yarısı ilə məşqlərə başladıq. Bızi futbolçular millidən geri dönməyiblər. Onlar gələndən sonra isə daha yaxşı hazırlaşacağıq. Milyonlarla "Fənərbağça" tərəfdarına uzun müddətdir gözlədikləri xoşbəxtliyi yaşatmaq üçün hər şeyi edəcəyik"

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
mia.az

10Mənbələr