AZ

Lavrovun müavini: "ABŞ-la nəhəng razılaşmaların əldə olunması mümkünsüzdür"

“Hazırkı şəraitdə ABŞ ilə nəhəng razılaşmaların əldə olunması mümkünsüzdür”.

 

Sfera.az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Международная жизнь” jurnalına müsahibəsində bildirib.

 

O, həmçinin rəsmi Vaşinqtonun təklif etdiyi kompromissləri diktat və ultimatum xarakterli adlandırıb. Bildirib ki, ölkəsinin əsas vəzifəsi yaranmış böhranın məcrasından çıxmasına imkan verməməkdən ibarətdir.

 

Diplomat həmçinin Qərbin baş verənlərin ciddiyyətini anlamamasından təəssüfləndiyini də söyləyib:

 

"Mən bu gün vətəndaşlara viza verilməsi istisna olmaqla, ABŞ ilə Rusiya arasında hər hansı əlaqələrin olduğunu görmürəm. Baş verənlər fonunda bu, son dərəcə əhəmiyyətsiz məsələdir. Bir daha qeyd edirəm ki, aramızda hər hansı səviyyədə müzakirə aparılmır. Çünki mövcud şərtlər daxilində hər hansı razılığın əldə olunması mümkün deyil. Bu, heç vaxt mümkün olmayacaq. Bu və ya digər məsələlər üzrə kompromiss sadəcə tərəflərin maraqları arasında balans yaradıldıqdan sonra mümkün ola bilər”.

 

Sergey Ryabkov ABŞ-nin Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək niyyəti ilə bağlı açıqlamalarını nağıl kimi dəyərləndirib. O, rəsmi Vaşinqtona özünün nüvə arsenalını Avropadan çıxarmağı məsləhət görüb:

 

"ABŞ-nin 10 milyardlarla dollar büdcəyə malik kəşfiyyat orqanları Rusiyanın guya hətta kosmosda nüvə silahı yerləşdirməyə hazır olması ilə bağlı nağıl uydurmaqla məşğuldur. Son dövrlərdə mən bu qədər məntiqsiz açıqlamaya rast gəlməmişəm. Bütün bunlar ABŞ-də dövlət aparatının nüfuzdan düşdüyünü və fəaliyyət səviyyəsinin azaldığını göstərir. Rəsmi Vaşinqton nüvə arsenalını Avropadan çıxarmaq əvəzinə bu tipli nağıllar uydurur. Xüsusilə də nüvə məsələsi üzrə dialoqumuzdakı fikir ayrılıqlarının səbəbi onun bu cür ittihamlarıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
sfera.az

10Mənbələr