AZ

"Martines Ronaldunu ehtiyatda saxlamaqdan qorxurdu"

"Mən Ronaldunun fanatıyam. Kriştianu möhtəşəm oyunçudur, amma bu turnirdə heç nə ilə yadda qalmadı".

Fanat.Az xəbər verir ki, bunu "talkSPORT"a açıqlamasında "Aston Villa"nın sabiq hücumçusu Qabriel Aqbonlahor deyib.

Aqbonlahor Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin 39 yaşlı superulduzun nüfuzundan çəkindiyi üçün onu AÇ-2024-ün oyunlarında ehtiyatda saxlaya bilmədiyini vurğulayıb:

"Ronaldu komandasının təhlükəli vəziyyətlər yaratmasına yardımçı olmağı bacarmırdı. Yaxaladığı fürsətləri boşa verir, rəqib müdafiəçilərə problem yaratmaq işinin öhdəsindən gəlmirdi. Buna rəğmən, əvəzlənmir, sonadək meydanda qalırdı. Martines Ronaldunu ehtiyatda saxlamaqdan qorxurdu və bu, Portuqaliyaya turniri tərk etmək bahasına başa gəldi".

Xatırladaq ki, Ronaldu karyerasında ilk dəfə qatıldığı böyük turnirdə qol vurmayıb. "Əl-Nəsr"in forvardı qitə birinciliyində 1 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya seçməsi AÇ-2024-ün 1/4 finalında Fransaya penaltilər seriyasında yenilərək (3:5) turnirlə vidalaşıb.

Nihat

Seçilən
93
fanat.az

1Mənbələr