AZ

Futbol əfsanəsinin qızı atası ilə o biri dünyadan əlaqə saxlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfsanəvi futbolçu Dieqo Maradonanın qızı Dalma vəfat etmiş atası ilə mediumun köməyi ilə əlaqə saxlayıb.
Bu barədə qızın özü etiraf edib.
Dalma atasının vəfatından təqribən bir il sonra fövqəltəbii qabiliyyətlərə malik olan bir qadın onunla əlaqə saxladığını bildirib. Maradona ilə ünsiyyət həmin mediumun vasitəsilə gedib və o, Dalmanı sözlərinə tam inandırıb.
"O mənə heç cür bilmə imkanı olmayacaq şeyləri danışırdı. Bu məsələlər çox şəxsi idi və onları heç yerdə öyrənmək mümkün deyildi", - deyə Maradonanın qızı izah edib.
Dalma hər zaman o biri dünya ilə rabitəyə inandığını bildirib.
"Baş verənlər çox gözəl idi. Mən həmişə bu şeylərə inanmışam, lap kiçik yaşlarımdan, atamla baş verənlərdən sonra isə daha çox. İndi hələ də mənim üçün çətindir. Atamla baş verənlərdən sonra dedim: "Nə baş verəcəyini görmək istəyirəm". Getdim və bu inanılmaz idi", - deyə o vurğulayıb.
Xatırladaq ki, Maradona 2020-ci ilin payızında uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edib.
Mənbə: Championat.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
oxu.az

10Mənbələr