AZ

Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində uşaqlar üçün “Tıq-tıq xanım” kukla tamaşasının nümayişi təşkil olunub

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə “Kilimarası” kukla teatrının təqdimatında uşaqlar üçün “Tıq-tıq xanım” adlı kukla tamaşasının nümayişi təşkil olunub.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda gənc tamaşaçılar  üçün müxtəlif nağıl personajlarının iştirakı ilə əyləncəli proqram da təşkil olunub.

 

Seçilən
32
2
tribunainfo.az

5Mənbələr