AZ

Rusiya döyüş təyyarəsinin qaçırma cəhdinin qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna kəşfiyyatının Rusiyanın “Ту-22М3” qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısı alındığını bildirib.

Turkustan.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna kəşfiyyatının Rusiyanın “Ту-22М3” qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısı alındığını bildirib.

FSB-nin mətbuat xidmətindən verilən açıqlamada, “FSB Ukrayna xüsusi xidmətinin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Ту-22М3” tipli uzaqmənzilli strateji bombardmançı təyyarəni qaçırmaq üzrə əməliyyatının qarşısını alıb”.

Sözügedən əməliyyatın hazırlıq prosesində NATO ölkələrinin kəşfiyyatının iştirak etdiyi iddia edilən açıqlamada “Ukrayna kəşfiyyatı pilotdan pul qarşılığında təyyarəni Ukrayna ərazisinə endirməsini istəyib” ifadəsi işlədilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
3
turkustan.az

4Mənbələr