AZ

Ərdoğan NATO sammitində hansı məsələləri qaldıracaq?- CNN TÜRK açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Ukrayna və Qəzza ilə bağlı çıxış edəcək.

Azpost.info xəbər verir ki, bu barədə CNN TÜRK məlumat yayıb.

Sammit çərçivəsində onun NATO ölkələrindən olan həmkarları ilə görüşü nəzərdə tutulub.

“Ərdoğanın NATO portfelindəki əsas mövzular İsrailin Qəzza zolağına təcavüzü, Rusiya-Ukrayna münaqişəsinin həlli, Qara dənizdə təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki vəziyyətdir”, – telekanal qeyd edir.

Ərdoğanın Vaşinqtonda diqqət yetirmək istədiyi digər məsələ terrorizmlə mübarizədir. O, dəfələrlə bildirib ki, Ankara NATO-dan terrorizmlə, xüsusən də PKK ilə mübarizədə həmrəylik gözləyir. Türkiyə Qərb ölkələrini, əsasən də ABŞ-ı PKK və onun Suriyanın şimalındakı qoluna logistik və digər dəstək verdiyinə görə tənqid edib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
azpost.info

10Mənbələr